«Son illər Azərbaycanın Dövlət neft şirkəti (ARDNŞ) Rumıniyaya 50 milyon avro sərmayə qoyub, 28 yanacaq doldurma məntəqəsi açıb».
Dövlət neft Şirkətinin yaydığı məlumata görə, bunu Buxarestdəki enerji forumda çıxışı zamanı SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov deyib.
Həmzə Kərimov TAP və TANAP layihələrinə də toxunub. O, tikintisinə 2015-ci ildə başlanacaq və Azərbaycan qazının Avropa bazarlarına çatdıracaq Transadriatik qaz kəmərinin (TAP) ötürücülük gücünün 10 milyard kubmetr təşkil edəcəyini bildirib.
SOCAR rəsmisi yaxın gələcəkdə AGRİ layihəsinin də diqqət mərkəzində olacağını bildirib. Həmzə Kərimov deyib ki, «Cənub qaz dəhlizi»nin birləşdirici halqası kimi nəzərdə tutulan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) 2018-ci ildə istismara veriləcəyini qeyd edib. O, ilkin mərhələdə bu kəmərlə ildə 16 milyard kubmetr qaz nəqlinin nəzərdə tutulduğunu qeyd edib.
Buxarestə keçirilən FOREN-2014 Forumu iyunun 26-dək davam edəcək