.
ATƏT-DƏ JURNALİSTLƏRİN DƏ VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNUB
İyunun 29-da ATƏT PA-nın Bakıda davam edən sessiyası çərçivəsində Azərbaycanda ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları ilə bağlı müzakirələr keçirilib. ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İsabel Santos-un sədrliyi ilə keçirilən müzakirələrdə Azərbaycandan olan bir neçə QHT nümayəndəsi ölkədəki vəziyyətlə bağlı çıxışlar edib, sualları cavablandırıblar.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun rəhbəri Emin Hüseynov hazırda Azərbaycanda 10 jurnalistin həbsdə olduğunu deyib:
"Bundan başqa 10 il ərzində Azərbaycanda 2 jurnalist qətlə yetirilib. 2005-ci ilin martında Elmar Hüseynov qətlə yetrilib, 2013-cü ilin noyabrında Rafiq Tağıya hücum edilib və bir neçə gün sonra o, xəstəxanada vəfat edib.
Biz eyni zamanda media monitorinqini də davam etdiririk. Müstəqil medianın reklamdan yararlanması problemdir. Çünki ölkə iqtisadiyatı monopoliyadadır. Ölkədə 30-a yaxın çap mediası var. İki müxalifət qəzeti var.Müstəqil qəzet olan "Zerkalo" isə 3 həftə bundan əvvəl bağlanıb.
Azərbaycan hökuməti beynəlxalq qurumları inandırmaq istəyir ki, bizdə internetdən istifadə sərbəstdir, media tam azaddır. Düzdür internetə çıxışımıza məhdudiyyət qoyulmayıb. Amma internetdə yazan 6 bloggerimiz həbsdədir. Belə bir vəziyyət yaranıb ki, internetdə yazanlar özlərinə senzura tətbiq etmək məcburiyətində qalıblar".
QHT-LƏR SİYASİ MƏHBUSLAR MÖVZUSUNU HÖKUMƏTLƏ MÜZAKİRƏ ETMƏK İSTƏYİR
Hüquq Müdafiə və Maarifləndirmə Cəmiyyətinin nümayəndəsi Rəsul Cəfərov Azərbacandakı qeyri-qanuni həbslərlə bağlı narahatlığını dilə gətirib:
"Biz həmkarlarımız ilə birgə siyasi məhbusların siyahısını hazırlamışıq. Onların hamısının siyasi səbəblərdən tutulduqlarını yazmışıq. Azərbaycan hökuməti siyasi məhbus terminini qəbul etmir. Biz onları saxta ittihamlarla həbs olumuş insanlar sayırıq və onların azad olunmasını istəyirik.
Biz hökumətlə bu məsələni müzakirə etməyə hazırıq olduğumuzu da demişik".
Norveçdən olan nümayəndə açıqlanan faktların beynəlxlq təşkilatların bilməsi baxımından vacib olduğunu deyib.
QHT RƏHBƏRLƏRİ HƏMKARLARINA ETİRAZ EDİR
Müzakirələrdə iştirak edən bəzi QHT nümayəndələri səslənən məlumatlara etirazlarını bildiriblər, vəziyətin deyilən kimi olmadığını bildiriblər.
Müzakirələrdə iştirak edən Azərbaycan parlamentin vitse-spikeri Bahar Muradova bunları deyib:
"Mən fəxr edirəm ki, Azərbaycanda belə öz fikirlərini deməkdən çəkinməyən gənc vətəndaş cəmiyyəti üzvləri var. Amma burda əks mövqedə olanlar da var. Bütün bu baş verənlər Azərbaycanda demokratiyanın hansı səviyyədə olmasından xəbər verir və onu da unutmayaq ki, bütün bu şəraiti tənqid etdiyniz hakimiyyət yaradıb".
Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov da səslənən tənqidlərin həqiqəti əks etdirmədiyini söyləib:
"Əlbəttə bütün tənqidlər yaxşıdır və hökumətin bunu qəbul etməsi üçün bir az da obyektiv olmaq lazımdır. Son illər yalnız bir QHT-nin fəaliyətinə xitam verilib. Ümumilikdə qanunvericilikdə də QHT-lərin fəaliyyətinə xitam verilməsi məsələsi yoxdur. 2012-ci ilin martından maliyyə sanksiyaları tətbiq edilir və bu bizi narahat edir. Ancaq indiyə kimi bir təşkilat qrant müqaviləsini gec qediyatdan keçirdiyi üçün cərimə olunub.
Mənim dostun Emin Hüseynov müzakirələrdən danışır, amma mən şəxsən onu dəfələrlə müzakirələrə dəvət etmişəm amma özü bir yana, hətta digər dostlarını da bu işdən çəkindirir."
Demokratik İslahatçı Gənclər təşkilatının sədri Vüsalə Hüseynli isə QHT-lərin tədbir keçirməsinə otellərin imtina cavabı verməsinin hökumətlə əlaqələndirməsinə etiraz edib:
"Otelin hansısa tədbirin keçirlməsindən imtina etməsi dövlətin problemi deyil.Emin deyir ki, Azərbaycanda tənqidə görə adamları tuturlar. Onu deyim ki, Emin Hüseynovdən çox Azərbaycan prezidentini tənqid və təhqir edən adam yoxdur. Tutulmaqdırsa onda birinci Emin Hüseynov tutulmalı idi. Xanım İsabel Santos sizin prezidentə qarşı belə addımlar atılsaydı yəqin o şəxs çoxdan həbs olunardı".
PORTUQALİYADA HEÇ KİM HƏBS EDİLMƏZDİ...
Tədbiri aparan ATƏT-in Demokratiya və İnsan haqları komitəsinin sədri İsabel Santos vətəndaşı olduğu Portuqaliyada prezidenti tənqidə görə heç kimin həbs olunmadığını deyib:
"Biz də sizə məlumat verə bilərik ki, bizim prezidentlə bağlı nələr deyilir, nələr yazılır, amma onlardan heç biri də həbsə atılmır, təzyiqlərə məruz qalmır".
Emin Hüseynov isə Vüsalən Hüseynlinin dediyi kimi heç vaxt prezidenti təhqir etmədiyini söyləyib:
"Mən tənqid etmişəm, heç vaxt təhqirlərə yol verməmişəm. Biz problemlərin həllini hökumətlə müzakirə etməyə həmişə hazırıq. Amma onu deyim ki, iki aydır hökumət bizim qrant layihələrini təsdiqləmir. Mən bilmirən bir az sonra bizim təşkilat fəaliyyət göstərə biləcək ya, yox.
İnternelə bağlı fikirlərə gəldikdə mən heç vaxt deməmişəm bizdə internet tam pisdir, demişəm qismən problem var. Onu deyim ki, texniki baxımdan internetlə bağlı inkişaf var".
ANAR MƏMMƏDLİ İLƏ GÖRÜŞƏ CƏHD EDİLİB
Müzakirələr ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitəsində davam edir. Serbiyadan olan deputat Gordana Comic insan hüquqları, miqrantlarla bağlı hesabatla çıxış edib.
Deputat ATƏT üzvü ölkələrinin miqrantlar məsəlsinə tolerant yanaşmasının vacib olduğunu deyib. Gordana Comic siyasi məhbuslar məsəlsinə də toxunub:
"Siyasi məhbuslar çox müham məsəldir. Bunu həll etmək çox asandır. Bu həll edilməlidir. Bir də bu elə məsəldir ki, biz qətnaməni qəbul edəndə ehtiyatlı davranmalıyıq".
ATƏT-in Demokratiya və İnsan haqları komitəsinin sədri İsabel Santos həbsdə olan jurnalist Əvəz Zeynallı və Seçkilərin Monitornqi və Demokratiyanın tədrisi təşkilatının sədri Anar Məmmədli ilə görüşmək üçün Azərbaycan rəsmi qurumlarına müraciət etdiyini bildirib.
AZƏRBAYCANDAN YENƏ İSRAR: SİYASİ MƏHBUS YOXDUR!!!
Hesabatdan sonra Azərbaycan nümayəndə heyətinin Rəbiyyət Aslanova çıxış edib:
"10 ildir biz miqrantlar məsləsini müzakirə edirik, amma niyə bununla bağlı bir ümumi bir sənəd və addım atlmır.
Burda siyasi məhbuslar məsələsindən danışıldı. Hesab edirəm ki, bu Azərbaycan və bir sıra ölkələrə təzyiq vasitəsidir. Ölkəyə siasi məhbus məsələsi ilə təzyiq etmək olmaz. Məncə siz siyasi məhbus məsələsindən danışarkən həmin adamların hansı cinayəti etdiyini araşdırın. Azərbaycanda siyasi fəaliyyətinə görə həbs edilən yoxdur. Azərbaycan demokratiya yolunda addımlayan ölkədir. Hesab edirəm ki, Azərbaycanla bağlı danışanda, Azərbacandakı vəziyyəti müzakirə edəndə ölkədə bir milyondan çox daxili miqrantın olmasını da diqqətdə saxlamaq lazımdır. Ermənistan ordusu Azərbacanın 20 faiz torpağını işğal edib. Sizcə, Azərbaycan hansı addımları atmalıdır ki? Biz istəyirik ki, ATƏT bizə bu məsələ də yardım etsin".
İsveçdən olan deputat Marie Nordon Azərbacanda və Kazaxıstandakı vəziyətdən danışıb. Bu ölkəlrdə siyasi məhbusların olduğunu deyib:
"Azərbacanda da hökuməti tənqid edənlərə təzyiqlər edirlər. Müxalifətin səsini susudurmaq üşün ədalətsiz həbslər, döyülmələr baş verir".
İTALİYA QAÇQILARI ÜÇÜN YARDIM İSTƏYİR
İtaliya nümayəndə heyətinin üzvlərindən biri miqrantlarla bağlı İtaliyanın ən çox çətinliklərə məruz qaln ölkə adlandırıb:
"Şərqdə baş verən hadisələrlə bağlı Avropaya gələn miqrantlar daha çox bizim ölkəyə üz tutur. Biz isə bunun öhdsindən tək gəlmək gücündə deyilik.
İtaliyada gənclərin 45 faizə qədəri işsizdir, onlar üçün iş yerləri yoxdur. İtaliyaya gələn miqrantlar da iş axtarıarlar. Mənin çıxışım rasizim, iqri-ayrı-seçkilik kimi başa düşülməməlidir. Mən mövcud olan vəziyyəti çatdırıram. Bizə bu işdə yardım olunmalıdır".
Bakıda ATƏT-in Parlament Assambleyasının 23-cü sessiyası davam edir. İyunun 29-də ATƏT məkanında siyasi proseslər və təhlükəsizlik, eyni vaxtda iqtisadi, elm, texnologiya və ətraf mühitlə bağlı müzakirələr keçirilib.
Ermənistan nümayəndə heyətinin rəhbəri Artashes Geghamian ondan əvvəl Xocalı faciəsi ilə bağlı səsələnən fikirlərə toxunub:
"Burda Xocalı faciəsindən danışıldı. Bu indiki dövr üçün bir faciə və biabrçılıqdır. Amma onu deyim ki, Ayaz Mütəllimov öz müsahibəsində demişdi ki, ermənilər Xocalı sakinləri üçün ərazidən çıxmaq üçün dəhliz açmışdı. Amma AXC hakimiyəti buna şərait yaratmamışdı, faciə də bu səbəbdən baş verib.
Onu deyim ki, hazırda Dağlıq Qarabağ respublikası demokratik bir respublikasıdır”.
Erməni deputat daha sonra Krım məsələsinə toxunub. O, Krımın işğal olunmadığını xalqların öz müqəddəratını müəyyən etdiklərini deyib.
Ukrayna nümayəndə heyətinin rəhbəri Oleg Zarubinsky Ermənistan nümandəsinin dediklərinə etiraz edib:
“Biz iki gündür eyni mənbədən iki sözü eşidirik. Biri ərazi bütövlüyü, digəri isə Krımla bağlı xalqların müqəddəratı məsələsi. Bu tamamilə səhv yanaşmadır. Kırım Ukraynanın ayrılmaz hissəsidir və bundan sonra da belə olacaq. Qaldı xalqların öz müqəddəratı məsləsinə bu da tamamilə səhv yanaşmadır. Kırımda bir xalq yaşamır, orda Krım tatarları və digər millətlər var. Ona görə də Ermənistandan olan həmkarımın dediklərində yanlışlıq var”.
Azərbacan parlamentinin vitse-spikeri Bahar Muradova da Ermənistan nümayəndəsinin çıxışına etiraz edib:
“Ermənistan AzərbaYcan torpaqlarını işğal edib. Bir yandan da çəkinmədn deyirsiniz ki, Ermənistan silahlı birləşmələri Xocalı əhalisin şəhəri tərk etməyə imkan verən dəhliz yaradıb. Siz Azrbaycan torpağını işağal edirsiz, sonra da deyirsiniz azərbaycanlılara dəhliz verilmişdi. Bu biabırçılıqdır. Bu işğal faktının etirafıdır...”.
Fransadan nümayəndə heyyətinin rəhbəri Alan Neri nümayəndə heyətinin bir üzvünə Azərbacana gəlməyə viza verilməməsi məsələsini qaldırıb.
“Guy Teissier vəziyyəti yerində öyrənmək üçün Qarabağa getmişdi ki, gəlib burda mövcud vəziyətlə bağlı çıxış etsin. Məqsədi vəziətlə tanış olmaq idi. Ona viza verilmədi. Yəqin Azərbaycanın Xarici İşlər naziri belə bir addım atıb. Bu bizim əməkdaşlığa və işimizə mane olur”.
Bu məsələyə də Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova adınlıq gətirib:
“Qarabağ Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir və Azərbaycan bütün ərazilərində öz suveren hüquqlarını qorumaq haqqına malikdir. Qarabağa səfər etmək istəyən bütün xarici vətəndaşlar bu əraziyə Azərbaycanın razılığından sonra səfər edə bilər. Ona görə Azərbacanın razılığı olmadan Qarabağa səfər edən fransalı nümayəndəyə viza verməməkdə düzgün addım atılıb. Bundan sonrada belə olacaq”.
Dünən - iyunun 28-də gedən müzakirələri burada ətraflı oxu.