-
Rusiyanın dövlət televiziyası olan «Birinci kanal»ın 68 yaşlı əməkdaşı Anatoly Klyan Donestkidə öldürülüb.
Klyan regiondakı münaqişədə həlak olan 3-cü Rusiya jurnalistidir.
Ukrayna prezidenti Petro Poroshenko iyunun 20-də üsyançılarla sülh danışıqları üçün atəşkəs elan etmişdi. İyunun 30-da atəşkəs üçün qoyulan müddət bitir.