-
“Qarabağ məsələsində status-kvo getdikcə daha təhlükəli olur” – bunu ATƏT-in Mink Qrupunun amerikalı həmsədri James Warlick bu barədə iyulun 8-də özünün Twitter hesabında yazıb.
James Warlick yazır ki, bu günlərdə münaqişənin nizamlanması üçün danışıqlarda növbəti addımları müzakirə etmək üçün Vaşinqtonda digər həmsədrlərlə görüşəcək.
1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması imzalanıb. O vaxtdan bəri Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara Fransa, ABŞ və Rusiya həmsədrlik edir. Bakıda tez-tez bu qrupu fəaliyyətsizlikdə ittiham edirlər.
Həmsədrlər isə bildirir ki, onlar indiyə qədər tərəflərə bir neçə sülh planı təklif etsələr də onları qəbul etdirmək mümkün olmayıb.
Azərbaycan rəsmiləri hər fürsətdə qeyd edirlər ki, öz əraziləri erməni işğalçı qüvvələrdən azad edilməsə münaqişə hərbi fazaya keçə bilər.