-
Rusiya dünyada ən dəhşətli HİV epidemiyasının məskəninə çevrilib. Rusiyada 1 milyon 200 min HİV-ə- immunçatışmazlığı virusuna yoluxmuş insan var. Bu da bütün Avropada olan HİV xəstələrinin 55 faizidir.
Bunu yazan Moscow Times qəzeti bildirir ki, virus əsasən iynə ilə narkotik vuranlar arasında yayılıb. Qəzet hökuməti tənqid edir ki, narkomanlara qorxu mühiti yaratmaqla, onları sıxışdırmaqla hökumət problemin həllinə kömək etmir, əksinə problemi böyüdür.
Qəzet başqa problemə də toxunaraq yazır ki, hər il Rusiyada həbsxanalardan çıxan 300 min insan cəmiyyətin sağlamlığına təhlükədir.
Qəzet yazır ki, ABŞ-ın Yale Tibb Məktəbinin həkimləri müxtəlif həbsxanalarda yoluxucu xəstəliklərin yayılmasını öyrəniblər, məlum olub ki, dünyada ən pis vəziyyət Ukrayna həbsxanalarındadır.
Rusiya və Ukrayna həbsxanalarında yoluxucu xəstə olan məhbuslar bütün keçmiş sovet məkanında həbsxanada olan xəstə məhbusların 90 faizidir.
Bu həbsxnalarda HİV-ə yoluxmuş insanların sayı nisbi götürəndə azadlıqda olanların sayından bir neçə dəfə çoxdur.