Rusiyanın kənd təsərrüfatına nəzarət qurumu, Rosselkhoznadzor bildirir ki, Moldovadan idxal olunan meyvələrə qadağa iyulun 18-də qüvvəyə minib. Öncə qadağanın iyulun 21-dən tətbiq olunacağı bildirilirdi.
Qadağa təzə alma, armud, heyva, ərik, albalı, şaftalı, nektarin və gavalıya aiddir.
Moldova, Ukrayna və Gürcüstan Avropa Birliyi ilə iqtisadi və siyasi sazişlər imzalayandan sonra Kreml iqtisadi təzyiqə əl atıb.