İraqın xristian lideri islamçıları Çingizxanla müqayisə edir

-

İraqda ən böyük kilsənin Xristian lideri Patriarx Louis Raphael Sako Mosuldan xristianları qovub çıxaran sünni islamçıların orta əsrlərdə Bağdada soxulmuş monqol xanı Çingizxan və nəvəsi Hulakidən də pis olduğunu deyib.

Sünni islamçılar tələb ediblər ki, ya xristianlar dəyişməli, onların qaydalarına tabe olmalı, dini vergi ödəməli, ya da onların qılıncı altında ölməlidirlər.

Məlumatlara görə, yüzlərlə xristian ailə İŞİD-in ultimatumundan sonra evindən çıxıb. Ultimatumun müddəti iyulun 19-da bitib. Şəhərdə artıq xristian qalmadığı bildirilir.