Xalq Cümhuriyyəti dövrünün kitabı təkrar nəşr olundu

-

"Qanun" nəşriyyatı 1919-cu ildə çap edilmiş kitabı təkrar nəşr edib.

"İstiqlal" adlanan məcmuə Azərbaycan xalqının çoxminillik dövlətçilik tarixində ilk dəfə “Azərbaycan” adlı dövlətin yaranmasının 1 illiyi münasibətilə - 1919-cu il mayın 28-də işıq üzü görmüşdü.

Cəmi 4 ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq.

Nəşrin təşəbbüskarı, ərəb əlifbasından latın qrafikasına çevirəni, tarixçi Şirməmməd Hüseynov "Bu məcmuəni həmin yubileyə hazırlığın ilk töhfəsi hesab edin!" deyir.