Rusiya Ukraynadan konservləşdirilmiş meyvə, tərəvəz və balıq məhsullarının da idxalına qadağa qoyub.
“Rosselxoznadzor” adlı dövlət xidməti bildirib ki, Ukrayna məhsullarına yapışdırılan yarlıqlar Rusiya qanunvericiliyinə uyğun deyil və komponent siyahısı qeyri-dəqiqdir.
“Rosselxoznadzor” Odessa, Nejin və Vinnitsiadan gələn məhsullarda belə pozuntular aşkar edildiyini deyir.
Rusiya bu günlərdə Ukraynadan alınan gündəlik məhsullar, o cümlədən “Roshen” şokalad fabrikinin məsullarına qadağa qoymuşdu.