ABŞ prezidenti Barack Obama Britaniyanın «The Economist» həftəlik nəşrinə müsahibəsində vurğulayıb ki, Moskvanın dünyada rolu azalıb.
Obama deyib ki, miqrantlar yüksək imkanlar axtarışı ilə Moskvaya axışmır. Onun sözlərinə görə, Rusiyada ömür uzunluğu kişilərdə 60 yaşdır.
ABŞ prezidenti rusiyalı həmkarını siyasi qazanc üçün qısamüddətli gərginlik yaradan lider kimi tənqid edib. Onun fikrincə, Ukrayna münaqişəsindəki roluna görə yaranan gərginlik hələ uzun müddət Rusiyaya zərər vuracaq.