Ölümə açılan qapı - Çıraqlı
Ağdamın təmas xəttinə ən yaxın kəndi Çıraqlıdır.Bu kəndin də erməni hərbi qüvvələrinə aid səngərlərinə ən yaxın ev kənd sakini 36 yaşlı Siyavuşun evidir. Hansı ki, hər gün bu ev vurulur, hər gün ölüm təhlükəsi yaşanır.
Siyavuşun həyətinin bir qapısı qarşı tərəfin əsgərlərinin üzünə açılır. Məsafə təqribən 100 metrdən azdır.
Siyavuşun evində iki balaca oğlu da bu təhlükəni yaşayır, amma fərqində deyil.
Siyavuşun evində iki balaca oğlu da bu təhlükəni yaşayır, amma fərqində deyil.
Siyavuş və ailəsi bəzən həyətin bu qapısından istifadə etmək məcburiyyətində qalırlar. Əvvəlcə əyilib oyan-buyana baxır, sonra qaçırlar.
Siyavuş onlara atılan güllələri toplayır, saxlayır.
Siyavuş əlində onun evinin divarlarındakı güllələrdən birini göstərir.
Siyavuşun anası da bu yaşda ölüm təhlükəsini hər gün yaşayanlardandır.
Bəzən o, da bu qapıdan istifadə edir. Siyavuş kimi o, da əvvəlcə hər tərəfi gözdən keçirir. Amma onun bəxti o qədər də yaxşı gətirməyib, çünki yaşlılıqdan vəqadın olduğundan yaxşı qaça bilmir. Sadəcə ölümün bir addım önündə addımlayır.
Sivauşun sadəcə həyət qapısı deyil, evinin pəncərələri də işğalçı tərəfə açılır. Ona görə o, pəncərələri qapadıb, daşla hörüb, önünə də dəmir plitələr qoyub.
Evin içində də vəziyyət belədir.
Amma çöldəkindən fərqli olaraq evin pəncərəsinin iç üzünə düzülmüş beton plitələr həm də uşaqlar üçün oyun yeridir.
Evin kiçik oğlu İbrahim və Əmrah. Onlar günahsız uşaqlıqlarını bu cür yaşayırlar.
Siyavuşun evinin güllə mozaikası.
Siyavuşun evinin bir az da önündə tərk edilmiş başqa bir ev. Fotoqraf İsmayıl Nur bu evi çəkməyə çalışır.
Siyavuşgilin və ümumilikdə Çıraqlı kəndinin sakinlərinin əkib-becərdikləri əkin sahəsi isə güllə yağışına tutulan bir başqa yerdir.