İsrail səfirliyi qarşısında piket keçirilib

Avqustun 3-də Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) bir qrup fəalı İsrailin Bakıdakı səfirliyinin önündə piket keçirib. Aksiya iştirakçıları İsrailin Livanda hərbi əməliyyatlarına etirazlarıını bildiriblər. Piketçilər aksiyanın qətnaməsini oxuyublar. Qətnamədə İsrail qoşunlarının tezliklə Livan və Fələstindən çıxarılması, dinc əhalinin qətlinə sanksiya verən hərbçi və siyasətçilərin beynəlxalq tribunala verilməsi, dağılmış ev və infrastrukturun bərpa olunması tələb edilib.
Aksiyanın 10 –a yaxın iştirakçısı polis tərəfindən saxlansa da, sonradan sərbəst buraxılıblar.


Buna qədər DEVAMM bir neçə dəfə eyni tələblərlə İsrail səfirliyi qarşısında piket keçirməyə cəhd etsə də, polis aksiyaçıların qətnamə oxumasına imkan verməmişdi.