Avqustun 12-də xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin dördüncü forumu keçirilib. Forumda 18 ölkədən 80 tələbə iştirak edib. Tələbələr təhsil aldıqları ölkələrdə diaspora fəaliyyəti haqqında məlumat veriblər, tələbələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyi haqqında çıxışlar ediblər.
Bundan bir gün əvvəl isə xaricdə təhsil alan azərbaycanlı tələbələrlə Təhsil Nazirliyində görüş keçirilmişdi.
Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 1000-dən artıqdır. Onların çoxu Türkiyə (683 nəfər) və Rusiyada (201nəfər) oxuyurlar. Sonrakı yerlərdə isə ABŞ, Fransa, Böyük Britaniya gəlir.