Çin Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu layihəsinin maliyyələşdirilməsində iştirak edə bilər. Bu barədə Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin Nəqliyyat nazirlərinin Astanada keçirilən görüşündə Çin nəqliyyat nazirinin müavini də iştirak edib. Cənab Əliyevin sözlərinə görə, bu ilin oktyabrında Çində Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu layihəsinə həsr olunan beynəlxalq konfransın keçipriləcəyi də gözlənilir. Səfir deyib ki, Çin Qazaxıstan ərazisi ilə layihəyə qoşulmaqda və öz mallarını daha qısa və ucuz yollarla dünya bazarlarına çıxarmaqda maraqlıdır.