Azərbaycan şərabının ixracı artıq genişlənməkdədir. Bu ilin əvvəlindən bəri ölkədən şərab ixracı iki dəfə artıb. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əhliman Nəsirovun sözlərinə görə, Azərbaycan şərabı Rusiyada 1990-cı illərdə itirdiyi mövqelərini tədricən bərpa edir. Buna təkan verən isə Moldova və Gürcüstan şərablarının keyfiyyətlərində şübhələrin olması iddiasıyla Rusiya bazarına buraxılmamasıdır.