Türkiyə İraq Kürdüstanında məcburi köçkün olan 1,5 milyon adama yardıma başlayıb.
Bunu Reutersə müsahibəsində Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu deyib.
“Biz minlərlə çadır, 200 yük maşını göndərmişik. Əlavə yardım edəcəyik. Çünki Kürdüstanın prezidenti Masud Barzani mənə dedi ki, orda 1 milyon 500 min məcburi köçkün var”.
Davutoğlu deyib ki, İraqın şimalında baş verənlər regiona təhlükədir. "Təkcə Türkiyəyə yox, hamıya təhlükədir”.
İraqın şimalında İslam Dövlət yaraqlıları ilə İraq Kürdüstanının peşmərqə silahlıları arasında döyüşlər gedir. İraq hökuməti peşmərqə qüvvələrinə təyyarələrlə kömək edir.