Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serzh Sarkisian-ın birgə görüşü keçirilib. Görüş «Bocharov Ruchey» iqamətgahında baş tutub.
Putin bildirib ki, münaqişənin həlli üçün hər iki ölkədə «xoş niyyət» olmalıdır. Azərbaycan prezidenti İlham Əliyev «uzun sürən münaqişə həllini tapmalıdır» - deyə bildirib.
Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin hər iki ölkənin prezidenti ilə ayri-ayrılıqda görüşüb. Ötən axşam prezidentlər birlikdə sambo üzrə beynəlxalq turniri izləyiblər. Məlumatı prezident.az saytı ayıb
Qeyd edək ki, budəfəki görüşə ATƏT-in MİNSK qrupunun həmsədrləri qatılmayıblar.
«MÜDRİKLİK, SƏBR VƏ HÖRMƏT GÖSTƏRMƏLİYİK»
«Biz münaqişənin çözümünü tapmaq üçün bir birimizə müdriklik, səbr və hörmət göstərməliyik»
Bunu Rusiya prezidenti Valdimir Putin Soçidə keçirilən görüşdə deyib. ITAR-TASS yazır ki, Rusiya prezidenti hər iki ölkə başçısının münaqişəni sülh yolu ilə həll etmək niyyətini təqdir edib:
«İnsanların ölümündən daha böyük faciə ola bilməz. Bu çox vacib amildir»-deyə Putin bildirib. Putin deyib ki, istənilən çətin vəziyyətdən çıxış yolu var, təki xoş niyyət olsun:
«AZƏRBAYCAN VƏ ERMƏNİ XALQININ MƏRAMI XOŞDUR»
Putin bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri şənbə günü qeyri-rəsmi görüş keçirib. Lakin bu görüşdə Qarabağ məsələsi müzakirə olunmayıb.