Ukrayna ilə Beynəlxalq Qızıl Xaç Komitəsi razılaşdı

-

Ukrayna prezidenti Petro Poroshenko Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer-lə telefonla beynəlxalq humanitar yardım missiyası ətrafında yaran vəziyyəti müzakirə ediblər.

Bu barədə Ukrayna prezidentinin mətbuat katibi məlumat yayıb. Məlumatda deyilir ki, Qızıl Xaç Komitəsinin prezidenti Ukraynaya yardım göstərməyə hazır olduğunu bildirib.

Tərəflər beynəlxalq humanitar yardım missiyası ilə bağlı bütün təşkilatı işlərin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçiriləcəyinə razılaşıblar.