-
İngilis fiziki Stephen Hawking-in həyatını anladan «The Theory of Everything» (Hər Şeyin Teorisi) adlı filmin fraqmentləri yayılıb. «İlin ən ilhamverici işi» adlandırılan filmin mükafatlar alacağı proqnozlaşdırılır.
Film 1960-cı illərdən başlayaraq fizikin sevgi və tələbəlik həyatından bəhs edir.
Kinoda Hawkingi «Səfillər» filmindəki roluyla yadda qalan Eddie Redmayne canlandırır.
Stephen Hawking 1942-ci ildə Oksfordda anadan olub. 1962-ci ildə Oksford Universitetini bitirib və nəzəri fizika ilə məşğul olub.
Həmin illərdə fizik müalicəsi olmayan amiotrofik skleroz xəstəliyinə tutulur. Daha sonra iflic olur.