Ukraynanın şərqində döyüşlər gedir

-

Son bir sutka ərzində Ukraynanın şərqində 5 hərbçi həlak olub, 8 nəfər yaralanıb. Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Andrey Lisenko-nun sözlərinə görə, hökuməti qüvvələri hücumu davam etdirir.

Bazar günü separatçılar Donetsk vilayətində Kommunar yaşayış məntəqəsini «Grad» tipli qurğulardan atəşə tutublar. Qəsəbədə evlər yanır, hərbçilər yerli sakinlərin köməyinə gəliblər.

Kommunarda heç bir hərbi hissə və mövqe yerləşmir. İtkilər barədə hələlik məlumat yoxdur.

Donetsk, Qorlovka, Novosvetlovka və Xryaşevatoye yaxınlığında hərbi əməliyyatlar davam edir. Ukrayna hərbçiləri Saur-Moqila rayonunda mövqelərini saxlayıblar.

Ötən sutka ərzində hökumət qüvvələri separatçıların mövqelərinə 60-a yaxın artilleriya zərbəsi endiriblər. Bu məlumatı Hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitriy Timchuk yayıb.