Rusiyapərəst separatçı yaraqlılar Mariupol şəhərinə hücuma hazırlaşır.
Frans Pressin məlumatına görə, strateji liman şəhərini qoruyan Ukrayna batalyonlardan birinin - “ Azov” batalyonunun “Bəbir” adlı döyüşçüsü avqustiun 31-də deyib ki, “biz bu şəhəri qoruya bilərik. Ancaq nə qədər vaxta? Bizim onlara qalib gəlməyə gücümüz yoxdur”.
Frans Press yazır ki, “Azov” batalyonu ən radikal milətçilərdən ibarətdir və ən döyüşkən batalyonlardan biridir.
Rusiyaya qarşı yeni sanskiyalar hazırlayan Avropa Birliyinin sammitində, avqustun 30-da Britaniyanın baş naziri Cameron Rusioyaya xəbərdarlıq etdi ki, Moskva bu təcavüzünü davam etdirsə, “Britaniyanın Rusiya ilə, Avropa Birliyinin Rusiya ilə, ABŞ-ın Rusiya ilə münasibətləri əvvəlkindən radikal şəkildə fərqli olacaq”.
Sammitdə Litva prezidenti Dalia Grybauskaite deyib ki, “Rusiya praktiki olaraq Avropa ilə müharibədədir”.