-
ABŞ prezidenti Barack Obama İraqa 350-dən çox hərbçinin göndərilməsinə göstəriş verib.
Bu barədə sentyabrın 2-də Ağ evin yaydığı məlumatda bildirir ki, qoşun ABŞ diplomatlarının təhlükəsizliyini qorumaq üçün göndərilir. Vaşinqton İraq hökumətinə İraq Şam İslam Dövləti (İŞİD) yaraqlıları ilə döyüşmək üçün dəstək verdiyini də vurğulayıb.
Bəyanatda o da bildirilir ki, göndərilən qoşun döyüşlərdə iştirak etməyəcək.
Ağ ev dövlət katibi John Kerry və müdafiə naziri Chuck Hagel-in İŞİD-ə qarşı güclü əməkdaşlığa nail olmaq üçün tezliklə Yaxın Şərqə gedəcəyini açıqlayıb.
Bu ərəfədə Suriyadakı İŞİD yaraqlıları digər amerikalı jurnalist Steven Sotloff-u edam edib.