-
Azərbaycan prezidenti İlham Əliyev ermənistanlı həmkarı Serzh Sarkisian-la Uelsdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Sentyabrın 4-də NATO samiti çərçivəsində keçirilən görüşdə ABŞ Dövlət Katibi John Kerry də iştirak edib.
Dövlət Departamentinin məlumatına görə, Kerry bu yaxınlarda münaqişə zonasında zorakılığın yenidən alovlanmasından “güclü narahatlığını” bildirib. Onun sözlərinə görə, bu, “1994-cü ildə atəşkəs qüvvəyə minəndən bəri münaqişədə ən çox itki verilən dönəmə çevrilib”.
Kerry tərəfləri atəşkəsə hörmət etməyə, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu ilə işləməyə çağırıb.