İran prezidenti internetə senzura istəyənlərdən şikayətlənir

Iran -- Iranian President Hassan Rohani, 1 September 2014

-

İran prezidenti Hassan Rouhani deyib ki, internet senzurası və cinsi ayri-seçkilik siyasətləri işləmir.

İranda internet mətnlərinə filtr qoyulub. İranda Facebook, Youtube, Twitter kimi saytlara qeyri-qanuni proqramlarsız girmək mümkün deyil.

Rouhani deyib ki, “bəzi insanlar divar qurmaqla problemləri həll edəcəklərini düşünürlər. Ancaq siz filter qoyursunuz, onlar da proksi yaradırlar". Rouhani iranlıların başqa ölkələrdə proksi serverlərdən istifadə etdiyinə işarə edir. İranlılar bununla ölkə daxilində internet tənzimləməsini adlayıb-keçirlər.

Prezident Tehran bələdiyyəsinin öz işçilərini “qadınlar ayrı, kişilər ayrı” prinsipi ilə bölməsini də tənqid edib. O bildirib ki, Ayətullah Xomeyni də 1979-cu il inqilabından sonra belə ayırıcı siyasət yeridən universitetlərin əleyhinə olub.