Elmar Hüseynovun atası vəfat edib [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Elmar Hüseynovun qətlindən 7 il keçdi [Video 2010-cu ildə lentə alınıb]

-

«Monitor» jurnalının qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun atası Sabir Hüseynov sentyabrın 8-də 78 yaşında dünyasını dəyişib.

«Qanun» nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu AzadlıqRadiosuna bildirib ki, Sabir Hüseynov oğlu Elmarın yanında dəfn olunub.

2005-ci ilin martında qətlə yetirilən Elmar Hüseynovun qatilləri hələ də tutulmayıb.

2013-cü ildə AzadlıqRadiosuna müsahibəsində Sabir Hüseynov oğlunu kimin öldürdüyünü hamının bildiyini, amma qatilləri ortaya çıxarmaq istəmədiklərini söyləmişdi.