Sələfi şeyxi İŞİD-i «sionist» elan edir, İŞİD isə sosial media imicini dəyişir

İŞİD yaraqlıları şiə əsgələri güllələyir

-

İŞİD EDAM GÖRÜNTÜLƏRİNİ MƏHDUDLAŞDIRIR

İraq və Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatı baş kəsmə və və başqa növ edam cəzalarının icra olunmasının görüntülərini çəkməyi və internetdə yaymağa məhdudiyyət qoyur.

Təçkilatın İslam Dövləti Baş Komitəsi imzasıyla intrnetdə yayımlanan bəyanata görə, bundan sonra ancaq özəl icazə ilə bu cür edamların foto və video çəkilişləri aparılacaq və internetdə yayımlanacaq. Komitə, bu əmrə uyulmasını monitorinq edəcəyini və əməl etməyənləri cəzalandıracağını iddia edir.

"SƏFƏVİLƏR" - İŞiD DÜŞMƏNİ

İŞİD-in sözçüsü Abu Muhammed el-Adnani YOutube vasitəsiylə yaydığı səs yazısında təşkilatın düşmənlər siyahısını da dəqiqləşdirib.

Səs yazısında Qərblilər xaç yürüşçüləri, İŞİD-a tabe olmayan - işdə, əməldə, və ya sözdə onlara qarşı çıxan bütün sünniləri “ kafir”, “Səvəfi” adlandırdıqları bütün şiələri “mürtəd” – islamdan sapanlar olduğu elan edilir.

İŞİD KİMLƏRİ ÖLDÜRÜR?

İŞİD-in açıqlamasına görə, ancaq onlarla döyüşən sünni kafirləri öldürəcəklər və şiələr və ya xarici qüvvələrə yardım edən istənilən dinc sakin də düşmən sayılır.

SƏLƏFİ ŞEYXİ İŞİD-İ SİONİST SAYIR

Bazar ertəsi Sünni İslamının ən böyük məktəbi sayılan Qahirədəki Al-Azharın rəhbəri, Şeyx Amed al-Tayyeb İraq və Suriyada əraziləri ələ keçirən, istər özlərinə tabe olmayan müsəlmanlar, istərsə də başqa dinlərin nümayəndələrini kütləvi edam edildiyi görüntüləri paylaşan İŞİD yaraqlılarını “Sionistlər”ə qulluq edən, İslamı dünyanın gözündən salıb Ərəb dünyasını parçalamaq məqsədi gedən “quldurlar” dəstəsi adlandırıb.

Tutduqları torpaqlarda İslam Xilafəti elan edən İŞİD yaraqlılarının yəzidi kürdləri, İraqdakı şiə müsəlmanları və Suriyada özlərinə qarşı çıxan sünniləri təqib etməsi və edam görüntülərini internetdə yayımlamasından sonra dünyadakı bir çox müsəlman təçkilatları və dövlətri onların islama ləkə gətirən cinayətkarlar adlandırır.