Bu il Nobel mükafatını qazanmağa ən şanslılar - Labrokes

Ngũgĩ wa Thiong'o

-

Tanınmış Keniya yazıçısı Ngugi wa Thiong'o-nun gələn ay Ədəbiyyat üzrə Nobel mükafatını almağa şansı xeyli artıb.

"The Guardian" qəzeti yazır ki, Labrokes bukmeker kontorunda onun qalibiyyətinə pul qoyanların sayı kəskin artıb.

Əgər əvvəl şansı 33-ün 1-ə idisə, indi 10/1-dir.

Bir müddət əvvəl yazıçı karyerasını bitirmiş Amerika yazıçısı Philip Roth-un qələbəsinə pul qoyanların da sayı xeyli artıb. (Əvvəl nisbət 50/1 idisə, indi 16/1-dir).

Ngugi həbsxanada cəza çəkərkən öz romanını tualet kağızına yazması ilə məşhurdur. (Həbsə tənqidi pyesinə görə atılmışdı.)

Keniya yazıçısı 2010-cu ildə Labrokes-da mükafatı almağa əsas favoritlərdən sayılırdı. Amma həmin il mükafat Peru yazıçısı M.V.Llosa-ya verilmişdi.

Bu ilki favorit isə Yaponiya yazıçısı Haruki Murakamidir (5/1).

Onun adı xeyli vaxtdır beynəlxalq mətbuatda da mükafatı almağa əsas namizədlərdən biri kimi hallandırılır.

Milan Kundera

İkinci yerdə Ngugi ilə birlikdə Əlcəzair yazıçısı Assia Djebar qərarlaşıb.

Daha sonra Roth-a birlikdə çex-fransız yazıçısı Milan Kundera və Suriya şairi Adonis gəlir.

Ötən ilki Nobeli Kanada yazıçısı Alice Munro qazanmışdı. O heç də həmin il Labrokes-da əsas favorit deyildi. Şansları 12/1 idi. Ondan şanslılar Murakami, daha sonra Amerika yazıçısı Joyce Carol Oates (6-1), macar yazıçısı Peter Nádas (7-1), cənubi koreyalı şair Ko Un (10-1) sayılırdı.

Oxu zalı