Petro Poroshenko Şimali Amerikaya yola düşür

Petro Poroshenko

-

Ukrayna prezidenti Petro Poroshenko sentyabrın 17-də Şimali Amerikaya yola düşür. O, Kanadada baş nazir Stephen Harper və digər rəsmilərlə görüşəcək.

Poroshenko-nun səfəri ərəfəsində, Kanada Rusiyaya qarşı sanksiyalar elan edib. Ottava bunu Moskvanın Ukraynanın şərqini «işğalına» cavab olaraq həyata keçirdiyini deyib.

Sanksiyalara dörd Rusiya generalı, bir bank və beş silah istehsalçısını hədəfə alıb.

Sentyabrın 18-də Poroshenko Vaşinqtona gedəcək, Ağ Evdə Prezident Barack Obama ilə görüşəcək və bir gün sonra Konqresdə çıxış edəcək.