Khodorkovsky-dən Sechin açıqlaması

Mikhail Khodorkovsky

-

Keçmiş maqnat Mikhail Khodorkovsky Rusiyanın neft nəhəngi Rosneftin başçısı Igor Sechin-i Rusiyada ən varlı şəxslərdən birinin ev dustağı edilməsində əli olduğunu deyir.

Khodorkovsky Vedomosti-yə deyib ki, Sechin-in Bashneft-i almaqla neft istehsalında azalmanı əngəlləmək istədiyinə inanır. Bashneft-in adı AFK Sistema şirkətinin sədri Vladimir Yevtushenkov-un ev dustağı edilməsi işində hallanır.

Khodorkovsky deyib ki, «bu, son 11 ildə ağıllanmayan və daha da xəsisləşən Igor Ivanovich (Sechin)-dir».

Khodorkovsky Sechin-i özünün 2003-cü ildə həbsində və Yukos şirkətinin iflasında ittiham edib.

Khodorkovsky on ildən artıq həbsdə qalıb, ötən dekabrda Putin onu əfv edib. Hazırda İsveçrədə yaşayır. Deyib ki, Putinin Yevtushenkov-un hədəfə alınmasına icazə verdiyinə inanmır, ancaq «o, burnunun ucunda baş verənləri görmür».

Onun sözlərinə görə, bu iş «prezident tərəfdən nəzarətin tamamilə itirdiyini» göstərir.