Rusiyanın Həştərxan şəhərinin məhkəməsi xaricdə döyüşmək üçün könüllü yığan 6 şəxsi 6 ildən 7 ilə kimi həbsə məhkum edib.
İstintaq Komitəsinin yerli bölməsi bildirir ki, Takhir Dzhaksibekov adlı dəstəbaçısının rəhbərliyi ilə 6 nəfərdən ibarət qrup Suriyadakı, Misirdəki və Şimali Qafqaqzdakı islamçı təşkilatlara cihadçı yığırmış.
Qrupun üzvlərini adı çəkilməyən agentin məlumatı ilə 2013-cü ildə həbs ediblər.
Həbs olunanların evindən partlayıcılar, hərbi ləvazimat və ekstremist ədəbiyyat tapılıb.