Ukrayna prezidenti Poroshenko sentyabrın 25-də mətbuat konfransında islahatlar planını təqdim edib. O deyib ki, bu plan Ukraynaya 6 il ərzində Avropaya Birliyinə üzv olmaq üçün müraciət etməyə imkan verəcək.
Poroshenkonun izahına görə, “Strategiya -2020” planı 60 sosial və iqtisadi proqramdan ibarət olacaq.
Poroshenko Avropa Birliyi ilə Assosiasiya Sazişinin ticarət və iqtisadi hissəsini iyunun 27-də Brüsseldə imzalayıb. Bu, tam və dərin azad ticarət ərazisinin yaradılmasına və sıx iqtisadi inteqrasiyaya imkan verir.
Ukrayna parlamenti razılaşmanı sentyabrın 16-da təsdiq edib.
Ancaq sazişin həyata keçirilməsini Avropa Birliyi 2016-cı ilin əvvəlinədək təxirə saldı.