Ümumdünya səhiyyə təşkilatı (ÜST) bildirir ki, Ebola xəstəliyinə qarşı minlərlə eksperimental vaksinlər gələn ilin əvvəlinə hazır olacaq və Afrikada istifadə oluna biləcək.
Hazırda Ebola xəstəliyinə qarşı lisenziyalı müalicə üsulu və ya vaksin yoxdur.
İndiyə kimi Ebola xəstəlityindən 3 min adam ölüb.
ÜST hazırda iki vaksini nəzərdən keçirir. Biri Britaniyanın GlaxoSmithKline, digəri ABŞ-ın NewLink Genetics şirkətinindir. Britaniya vaksini ABŞ-da və Britaniyada sınaqdan keçirilir, o birinin sınağı hələ başlamalıdır.