ABŞ səhiyyə rəsmiləri deyirlər ki, ölkədə 100-dən çox adam Amerikada Ebola virusu diaqnozu qoyulan ilk şəxslə təmasda olub.
Dallas şəhərinin səhiyyə rəsmilərinin sözlərinə görə, bu yaxınlarda Liberiyadan gəlmiş şəxs 12-18 adamla təmasda olub.
Həmin şəxsin qohumlarının 4-ü karantinə alınıblar.
Afrikanın qərbində 3 mindən çox adam Ebola virusundan ölüb. Onların arasında 2 minə yaxın Liberiya sakini də var.