-
Demə ki, “qoca qadın qışqırdı”. Qadını gətir və imkan ver qışqırsın!
Sözün yerində işlənməsi ilə demək olar ki, yerində işlənməsi arasında fərq işıqla işıldaböcək arasındakı fərq qədərdir.
Məşhur Amerika yazıçısı Mark Twain-dən gənc yazarlara məsləhətlər:
1. Kimsə qonorar verənəcən qonorarsız yazmağa davam edin. Əgər yazıçı olmağı hədəfləyirsinizsə, sizin yazıçı olmaq istəyinizin kökündə daim, bu işə sevgi bəsləməyiniz dayanmalıdır. Əgər kökündə pul qazanmaq dayanırsa, çox tez məyus olacaqsınız.
2. İdeya hamıda ola bilər, işin çətin tərəfi həmin ideyanı mümkün qədər yığcam ifadə edə bilməkdir. Bir abzasa yerləşə bilən fikir bir vərəq tutmamalıdır.
3. Sadə dillə, qısa cümlələrlə, bər-bəzəksiz yazmaq daha düzgün yoldur. Düzdür, bərli-bəzəkli, güllü-çiçəkli dildə yazan yazıçılar arasından da uğurlu karyera quranlar çıxıb. Amma çalışın mətniniz aydın olsun, oxucunu lazımsız təsvirlərlə yormayasınız və onun diqqətini əsərlə demək istədiklərinizdən yayındırmayasınız.
4. Əgər yazdığınız əsər dalana dirənibsə, onu zorla yazmağa, nəyin bahasına olursa-olsun bitirməyə çalışmayın. Bir neçə saatlıq, bəzən isə bir neçə aylıq fasilə sizə imkan verə bilər ki, əsər üzərində işə yeni ideyalar və yeni baxış bucağı ilə qayıdasınız.(Twain bəzi kitablarının yazılmasına illərlə çəkən fasilə verib. Bəzilərinə isə ümumiyyətlə yenidən qayıtmayıb).
5. Kitabın möhtəşəmliyi onun qrammatikasının düzlüyü ilə yox, ideyası, üslubu və məzmunu ilə ölçülür.
6. Demə ki, “qoca qadın qışqırdı”. Qadını gətir və imkan ver qışqırsın! (Twain-in fikrincə, yazıçı hekəyətini elə anlatmalıdır ki, oxucuda onun orada olmaması, hadisənin birbaşa iştirakçısı olmaması təsəvvürü yaranmasın. Əksinə, hadisəni elə nəql etmək lazımdır ki, sanki yazanın gözləri önündə baş verib).
7. Sözlərin yerində işlənməsinə diqqət edin. Sözün yerində işlənməsi ilə demək olar ki, yerində işlənməsi arasında fərq işıqla işıldaböcək arasındakı fərq qədərdir. Bir söz başqasının sinonimi ola bilər, amma mətndə onu əvəzləməsi mümkün olmaya bilər.
8. Nə qədər çox izah edirsənsə, oxucunu bir qədər dolaşdırırsan. (Twain-in fikrincə, yazıçı yığcam yazmağı bacarmırsa, heç olmasa fikrini uzun-uzadı anladandan sonra mənaya xələl gətirmədən onu redaktə edib qısaltmağa çalışmalıdır).