Suriyanın Türkiyə ilə sərhədindəki Kobani şəhərində kürd döyüşçüləri ilə İslam Dövləti (İD) yaraqlıları ilə arasında küçə döyüşləri gedir. Xəbər agentliklərinin məlumatına görə, cihadçılar oktyabrın 6-da tankların köməyi ilə şəhərin şərq hissəsinə girə biliblər.
Dünən səhərdən İD cihadçılarının qara bayraqları Kobaninin şərq kənarındakı binalar üzərində görünüb.
Kürd döyüşçüləri İD-ə qarşı vuruşan ABŞ koalisiyasını çağırıb ki, hava hücumlarını artırsın. Döyüşçülər ötən həftəki hücumların yetərli olmadığını deyirlər.
Cihadçıların hücumu 3 həftə öncə başlayıb. Türkiyənin baş naziri Ahmet Davutoglunun sözlərinə görə, nəticədə 185 min dinc sakin sərhədi keçməli olub.