Ağ Evin məlumatına əsasən, Ebola yayılmış ölkələrdən gələnlər Amerikanın beş aeroportunda gücləndirilmiş yoxlamadan keçəcəklər.
Daxili Təhlükəsizlik Departamenti oktyabrın 8-də Ebola infeksiyasının potensial əlamətlərinin yoxlanması üçün agentlərə göstəriş verildiyini bildirib.
Reuters xəbər verir ki, Liberiya, Sierra Leone, Qvineyadan gələnlərin temperaturu yoxlanılacaq, səhhətləri ilə bağlı suallara cavab verəcəklər.
Bu arada Texas xəstəxanası ABŞ-da Ebolaya yoluxmuş ilk xəstənin öldüyünü elan edib.
Thomas Eric Duncan ötən ay Liberiyadan qayıdandan sonra xəstələnib.
Britaniya Sierra Leone-da Ebola müalicəsi mərkəzinin tikilməsi üçün 750 əsgər göndərib.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hələlik epidemiyanın nəzarətə almaq mümkün olmayıb.
Qərbi Afrikada Eboladan 4 min adam ölüb.