«Azad et!» - 12 oktyabr mitinqi
Mitinqin keçirildiyi yerə etirazçılardan əvvəl Daxili Qoşunların əsgərləri gəldi və ərazidə təhlükəsizlik tədbirlərini gördülər.
Mitinqin keçiriləcəyi «Məhsul» stadionunun qarşısı.
Vətəndaşlar, jurnalistlər beləcə yoxlanıb stadiona buraxılır.
Gənclər şüarlar səsləndirərək stadiona daxil olmaq istəyirlər, amma...
...Amma stadiondankənar istənilən etirazın qarşısını polis alır.
Həbs edilən bloqqer Ömər Məmmədovun yaxınları da mitinqdə iştirak edir.
«Azad et!». Mitinqində heç bir partiya bayrağı gözə dəymir.
Milli Şuranın bu mitinqində siyasi məhbuslara azadlıq istənilir.
Milli Şura üzvü, AXCP sədrinin müavini Gözəl Bayramlı insanlara səslənir...
Gənclər mitinqdə İŞİD-in bayrağını qaldıran adamı saxlayıb polisə təhvil verirlər.
Mitinqdə İŞİD-in bayrağını yüksəldən adamı polis saxlayır.
Bu mitinqdə İŞİD bayrağı 5 dəfə göyə qalxır. Beşində də uzaqlaşdırılıb polisə təhvil verilir.
Az əvvəl İŞİD bayrağı qaldıran adam yenidən mitinq yerində görünür və yenidən saxlanır.
Yüksəklikdən mitinq ərazisi belə görünür...
Mitinqin keçirildiyi vaxtda yaxınlıqdakı stadionda gərgin futbol oyunu gedir. Ağaclar arasından dalğalanan bayraqlar, «qol!» sədaları içindən «Azadlıq!» şüarı eşidilir...
Gənclər siyasi məhbuslara azadlıq tələb edir.
Müsavat Partiyası da mitinqə qatılmışdı.