Obama İŞİD-ə qarşı strategiyanı müzakirə edəcək

Barack Obama

-

Oktyabrın 14-də ABŞ prezidenti Barack Obama 20 dövlətin ordu liderləri ilə Suriya və İraqda İslam Dövləti yaraqlılarına qarşı strategiyanı müzakirə edəcək.

Bir gün davam edəcək görüş Bakı vaxtıyla gecə 12-də, Washington yaxınlığında Andrews Hava Qüvvələri bazasında başlayacaq. Görüşə sədrliyi ABŞ Baş Qərargah rəisi General Martin Dempsey sədrlik edəcək.

Bu arada ABŞ koalisiyasına təzyiq olunur ki, yaraqlı qrupun irəliləməsini əngəlləsin. İD oktyabrın 13-də Suriyanın Türkiyə ilə sərhədindəki Kobani şəhərində, eləcə də İraqın Anbar vilayətində mövqelərini möhkəmlədərək biraz da irəliləyib.

Görüşdə Türkiyə, eləcə də ABŞ koalisiyasına qoşulmuş ərəb dövlətləri iştirak edəcək. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də qatılacağı gözlənir.