-
Alman kəşfiyyatı rusiyayönlü yaraqlıları hökumət qüvvələrindən oğurladığı raketlərlə Ukrayna üzərində Malayziya təyyarəsini vurmaqda ittiham edib. Bu barədə oktyabrın 20-də Almaniyanın «Der Spiegel» jurnalı yazıb.
Almaniyanın BND kəşfiyyat agentliyinin rəhbəri Gerhard Schindler kəşfiyyat məlumatlarına əsasən deyib ki, yaraqlılar Ukrayna bazasından BUK sistemini ələ keçirib və raketlə təyyarəni vurub.
Kiyevlə Qərb öncə də bəyan edib ki, Malayziyanın MH17 təyyarəsi iyulda separatçılar tərəfindən vurulub və onlar Rusiyanın verdiyi BUK yer-hava tipli sistemdən istifadə ediblər. Moskva bu ittihamları təkzib edib.
Qondarma Donetsk Xalq Respublikasının baş nazir müavini Andrei Purgin Almaniyanın bəyanatını dərhal təkzib edib.
Rusiya Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Aleksei Pushkov tvitterdə yazıb ki, Almaniyanın hesabatı «Rusiyanın həmin faciəylə əlaqəsi olmadığını göstərir». O, raketi «Ukrayna silahlı qüvvələrinin ata biləcəyini də» istisna etməyib.
MH17 iyulun 17-də Ukraynanın şərqində qəzaya uğrayıb. Təyyarədəki 298 nəfər həlak olub.