Qarabağda Şahbaz Quliyev və Dilqəm Əsgərovun işi ilə bağlı «məhkəmə» başlayıb [Video]

Qarabağda "məhkəmə": Şahbaz Quliyev (sağda) və Dilqəm Əsgərov (soldan 3-cü) Xankəndi, 27 oktyabr 2014

-

2 azərbaycanlı oktyabrın 27-də Qarabağı nəzarətdə saxlayan qondarma rejim Xankəndində "məhkəməyə" çıxarıb. 46 yaşlı Şahbaz Quliyevi və 54 yaşlı Dilqəm Əsgərovu Dağlıq Qarabağ qətldə, casusluqda, “sərhəddi” qanunsuz keçməkdə, qanunsuz silah daşımaqda ittiham edir.

Ermənistandan mətbuatında azərbaycanlılar üzərində qurulan "məhkəmə" iclasından videolar var. Həmin videolardan birini təqdim edirik:

Rejimin özlərini hüquq-mühafizə orqanları kimi təqdim edən qurumları onları iyulun 12-də Dağlıq Qarabağa daxil olaraq burda yerli sakini öldürməkdə günahlandırır.

Bakı Dağlıq Qarabağdakı rejimin 2 Azərbaycan vətəndaşına məhkəmə qurmaq haqqının olmadığını bildirir.

Bakı bildirir ki, öz doğma yerlərinə baş çəkməyə gedən həmin Azərbaycan vətəndaşları əslində girov götürülüb.

Bu il iyulun 11-də Ermənistan mətbuatı Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda Azərbaycanın 3 təxribatçısının tutulduğu barədə məlumat yayıb. Həmin şəxslərin ikisi Dilqəm Əsəgərovla Şahbaz Quliyev saxlanmış, Həsən Həsənov isə öldürülmüşdü.

Həsən Həsənovun meydini yalnız bir neçə aydan sonra alıb Azərbaycanda dəfn etmək mümkün olub.

Ermənistan tərəfi həmin şəxslərin Azərbaycan ordusunun təxribatçıları olduğunu bildirsə də Azərbaycanın müdafiə nazirliyi bunu təkzib edib və həmin şəxslərin silahlı qüvvələrdə xidmət etmədiyini bildirib. Nazirlik həmçinin bildirir ki, «işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz».

Saxlanan şəxslərin ailə üzvləri də bildiriblər ki, onlar işğal altındakı torpaqlarda yaxınlarının məzarını ziyarət etməyə gediblər.