Türkiyə ərazisindən Suriyanın sərhəd Kobani şəhərinə keçmiş İraq kürd peşmərgə döyüşçülərinin bir dəstəsi oktyabrın 30-da Türkiyəyə qrupun qalan üzvlərini İslam Dövləti (İD) yaraqlıları ilə döyüşə hazırlamaq üçün qayıdıb.
Kobani rəsmisi Ismet Sheikh Hassan Azad İraq Radiosuna (AzadlıqRadiosu) bildirib ki, Kobani döyüşçüləri peşmərgə dəstəsi ilə görüşüb. Onun sözlərinə görə 150 İraq kürd döyüşçüsündən qalanlar oktyabrın 31-də Türkiyədən Kobaniyə daxil olacaqlar.
ABŞ koalisiyasının hava hücumları İD yaraqlılarının Kobanidə irəliləməsini əngəlləyib. Ancaq yaraqlıları hələ də şəhərin üç tərəfində mövqe tutublar.