«Azər-Türk Bank» dövlət bankı oldu

Azerbaijan -- Azer-Turk Bank

-

Mərkəzi Bank xəbər verir ki, «Azər-Türk Bank» statusun səhmlərinin 50 faizini Əmlak Məsələləri Dövlət Komitəsinə satıb və bununla onun statusu dəyişib.

Özəl bank olan «Azər-Türk Bank» Azərbaycanda artıq ikinci dövlət bankıdır. Digəri Azərbaycan Beynəlxalq Bankıdır.

«Azər-Türk Bank» Açıq Səhmdar Cəmiyyətini 1995-ci ildə Türkiyənin Ziraat Bankı və Aqrarkredit Səhmdar Kredit Təşkilatı (keçmiş Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) təsis edib.

Hazırda nizamnamə kapitalı 12.242.908,00 manat təşkil edən bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (50 faiz), Türkiyənin Ziraat Bankı (46 faiz) və Ziraat Bank Beynəlxalq Almaniyadır (4 faiz).