Procter & Gamble Azerbaijan Services 2,2 milyon manata cərimələndi

"Procter & Gamble" şirkəti


"Oral-B Pro-flex" diş fırçasının, "Duracell" batareyasının, "Ariel" yuyucu tozunun və "Blend-a-med Pro-expert" diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkarlanıb. Bunu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında apardığı araşdırmalar zamanı üzə çıxarıb.

Bununla əlaqədar həmin reklamların sifarişçisi olan "Procter & Gamble Azerbaijani Services" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə " Procter & Gamble Azerbaijan Services " MMC-yə 2 milyon 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.