-
İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycanı tərk edib.
Bu barədə o, Facebok statusunda yazıb:
“Nə vaxt Bakıda oturub paslanmadığımızı, qorxa-qorxa oturmayacağımızı bilsəm, nə vaxt həbsdə olan dostlarımı və hüquqlarımın müdafiəsində çox böyük zəhmət çəkimiş vəkilimi qorumağın "dövlət düşməni" olmaq yox, dosta sədaqət olduğunu anlasalar və hədə ilə danışmaqdan əl çəksələr, nə vaxt ölkəmizin müsbət dəyişiklikləri üçün bizi hədə kimi deyil, yardımçı kimi anlasalar, onda qayıdaram”.
Bəxtiyar Hacıyevin sədri olduğu “Müsbət Dəyişiklik” Gənclər Hərəkatı noyabrın 16-da fəaliyyətini dayandırıb. Bəxtiyar Hacıyev bunu QHT-lərlə bağlı son vaxtlar yaranmış durumla izah edib, təşkilatın işləməsi üçün bir sıra maneələr yarandığını deyib.
ABŞ-ın nüfuzlu Harvard Universitetinin məzunu B.Hacıyev hərbi xidmətdən yayınma ittihamı ilə 2011-ci il mayın 18-də 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, 2012-ci il iyunun 4-də Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılnışdı.
Azadlığa çıxandan sonra Bəxtiyar Hacıyev öz ictimai fəaliyyətini “Müsbət Dəyişiklik” təşkilatında davam etdirirdi.