Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Ukraynanın şərqində münaqişə daxili məsələdir. «Rusiyanı münaqişə tərəfinə çevirmək cəhdləri əks-effekt verir və uğur imkanı yoxdur».
Lavrovun sözlərinə görə, Ukrayna böhranı Qərbin öz təhlükəsizliyini başqalarının hesabına gücləndirmək üçün 25 illik cəhdlərinin nəticəsidir və həyata keçirilir.
Sergei Lavrov noyabrın 19-da Rusiya Dumasında danışıb. Onun sözlərinə görə, Qərb «Kiyevdə müharibə tərəfini dəstəkləmək, insan haqları pozuntuları və hərbi cinayətlərə göz yummaq əvəzinə qarşılıqlı razılaşmalar prosesinə dəstək göstərməlidir».
Lavrov Rusiya ilə Avropa Birliyi arasında əməkdaşlığa alternativ görmədiyini söyləyib. O, gərginliyə görə AB-ni günahlandırıb. Deyib ki, Rusiyanın Qərblə münasibətləri bərabərliyə əsaslanmalıdır. Bu tələbi Prezident Vladimir Putin 2012-ci ildə, 3-cü prezident müddətinin ilk günündə səsləndirib.