-
«Dəfələrlə müzakirə olunsa da, niyə kredit faizləri məsələsi öz həllini tapmır?»
Bunu Milli Məclisdə 2015-ci il üçün büdcə müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, Milli Məclisdə bu məsələ dəfələrlə müzakirə olunub və kredit faizlərinin aşağı salınması üçün müəyyən addımlar atılıb. O hesab edir ki, bu tədbirlər öz bəhrəsini verməyib.
«Qorunan əmanətlər üzrə faiz dərəcələrin 12%-dən 10%-ə salındı. Müəyyən addımlar atıldı. Amma kredit faizləri aşağı düşmədi. Əvəzində bankların gəlirləri 3,5%-dən 5,2%-ə qədər artdı. Hesab edirəm ki, bu çox ciddi məsələdir. Çünki, əhalinin kredit borcu artıq 1 mlrd. manata yaxınlaşır. İnsanların mənzilləri, texnikaları borca görə əlindən alınır. Bunun qarşısı mütləq alınmalıdır».
Siyavuş Novruzov da bu məsələyə münasibət bildirib:
«Azərbaycanda verilən krediti qaytarmaq üçün gərək ya silah alveri ilə məşğul olasan, ya narkotika satasan, ya da insan alveri ilə. Çox böyük faizlərdir»