ABŞ prezidenti Barack Obama-nın köməkçisi bildirir ki, Birləşmiş Ştatlar Ukraynaya yardım etməmək siyasətinə yenidən baxmalıdır. Milli təhlükəsizlik müşavirinin müavini Tony Blinken Moskvanın Minsk sazişini “ciddi pozması hallarını” misal çəkib. Sentyabrın 5-də Rusiya, Ukrayna və Ukraynanın separatçı Donetsk və Luqansk regionları tərəfindən imzalanmış həmin sazişlə atəşkəs elan olunub.
Blinken deyib ki, Kiyevi vacib hərbi yardımla təmin etmək Moskvanı “iki dəfə düşünməyə və gələcək hərəkətlərdən çəkinməyə vadar edər”.
Blinken noyabrın 19-da, özünün Obamanın dövlət katibinin müavini postuna nominasiyasına həsr olunmuş konqres dinləməsində danışıb.
NATO Rusiyanın son günlər Ukraynanın şərqində separatçıları dəstəkləmək üçün tanklar və əsgərlər göndərdiyini deyir. Rusiya bunu təkzib edir.