Erdoğan Türkiyəsinin dostu qalmayıb- Mətbuat icmalı

-

Rusiya Qərbdən uzaqlaşıb, Çinə yaxınlaşır. Ancaq Rusiya Çinin təhlükəsini hələ anlamır.

Erdogan Türkiyəsinin dünyada dostu qalmayıb.

SSRİ-nin kosmetika, ətriyyat tarixi- Krasnaya Moskva ətri çar İkinci Nikolayın anası, imperatriça Mariya Fyodorovna üçün yaradılmış ətir idi.

İslahat olmasa, pul da olmaycaq- Qərbin Ukranynaya mesajı

Dünya mediası bu gün nədən yazır?

RUSİYA ÇİN TƏHLÜKƏSİNİ HƏLƏ ANLAMIR

Financial Times qəzeti yazır ki, Rusiya və Çin Amerikaya qarşı çıxır. Ancaq Çinin ayağa qalxmasınınuzun müddətli nəticələriniRusiya hələ də dərindən anlamır.

Rusiyanın zəngin sərvətləri olan və adam yaşamayan şərqi 19-cu əsrdə Çindən qoparılıb. Yaxın zamanlarda Rusiya-Çin yaxınlaşması aydındır, ancaq uzun müddəti götürəndə bu münasibətlər korlanacaq.

TÜRKİYƏNİN DOSTU QALMAYIB

BBC yazır ki, Erdoganın yeni Türkiyəsi təklənməyə doğru gedir. Türklərin bir sözü var: türkün türkdən başqa heç kimi yoxdur. Erdoganın hakimiyyəti dövründə bu ifadə hərfi mənada həqiqət olur.

Erdoganın 11 illik baş nazirliyi dövründə Türkiyə Avropa Birliyinə üzv olmaq üçün danışıqlar aparırdı, Türkiyənin müxtəlif ölkələrdə diplomatik təmsilçiliklərinin sayı kəskin artdı, xüsusilə, Afrikada. İstanbul dünyanın ən böyük hava limanlarından birinə çevrildi, heç bir hava limanındandünyanın müxtəlif yerlərinə bu qədər uçuş yoxdur.

Ancaq son 2 ayda nəsə dəyişib. Dünya səviyyəli dövlət xadimləri indiyə kimi bura gəlirlər, ABŞ vitse-prezidenti Joe Biden bu həftə Türkiyəyə gəlir.

Ancaq artıq Türkiyənin dostu qalmayıb.

Keçən ay BMT Baş Məclisində yeni yerlərə səsvermə olanda Türkiyə əmin idi ki, bu yerə məhz Türkiyəseçiləcək, ancaq İspaniya və Yeni Zelandiyaya uduzdu. BBC yazır ki, bu, “Erdoganın üzünə şillə oldu.”

BBC yazır ki, bütün bunlar Ərəb Baharından başlandı.Türkiyə düzgün tərəfləri, hədəfləriseçmədi. Türkiyə Müsəlman Qardaşlığını dəstəklədi və Bashar Assadin yıxılmasına oynadı. Hazırda Türkiyənin Misirdə səfiri yoxdur. Çünki indiki prezident Abdula Fattah al-Sisi hakimiyyətə gələndə Erdogan onu “seçilməmiş müstəbid”, tiran adlandırmışdı.

Suriya da Türkiyə üçün problemə çevrildi, Türkiyə cihadçıların öz ərazisindən Suriyaya keçməsinə icazə verirdi, bununla da Türkiyənin İraq, İran və Səudiyyə Ərəbistanı ilə münasibətləri korlandı.

Vaxtilə Türkiyənin İsraillə strateji tərəfdaşlığı var idi, Erdoğan İsrail hakimiyyətinin Qəzzanı bombalamasını Holokosta bənzədərək, öz səfirini Tel-Əvivdən geri çağırdı.

İndi Türkiyənin hətta ABŞ-la münasibətləri korlanıb. Vaşinqton İslam Dövləti yaraqlılarına qarşı koalisiya yaradanda Türkiyə qıraqda dayandı. Türkiyə hətta ABŞ-a özünün İncirlik hərbi bazasından istifadə etməyə icazə vermədi. Erdoğan istəyirdi ki, ABŞ Bashar Assadin devrilməsini və Suriya üzərində uçuşlardan azad zona yaradılmasını da məqsəd qoysun.

Keçən ay Erdogan ABŞ prezidentinə bildirdi ki, ABŞ kürd yaraqlılarını silahlandırmasın. Ancaq bundan bir neçə saat sonra ABŞhavadan kürdlərə silah, sursat yağdırdı.

Bu, aranın dəyməsinin aydın əlaməti idi.

BBC sonda yazır ki, Erdogan “yeni Türkiyə” yaratdığını deyir. Başqaları bu Türkiyəyə qütbləşmiş, xoşbəxt olmayan Türkiyə deyir. İstənilən halda , bu Türkiyənin daxildə və xaricdə dostları sürətlə yoxa çıxır.

“KRASNAYA MOSKVA” ÇARIN ANASI ÜÇÜN YARADILMIŞ ƏTİR İDİ

Guardian qəzeti Sovet kosmetikasının tarixindən xüsusi məqalə yazıb.Sovet ittifaqında kosmetika da ideologiyanın bir qolu idi. Kosmetika sənayesi təkcə əhaliyə ətriyyat və s. satmırdı, ən kasıb siniflərə gigiyena aşılayırdı, sosial bərabərliyi dəstəkləyirdi, siyasətdən uzaq olan biu sahədə Sovet ideologiyasını bərqərar edirdi.

Qəzet yazır ki, Sovet İttifaqında ilk kütləvi kosmetika brendi olan TJ ənkasıb sosial qruplaragigiyena aşılamaq üçün sabunları 1 qəpiyə satırdı. Bu, sabunun maya dəyərindən aşağı idi. Ətriyyat fabrikləri aradakı fərqi bahalı sabunların satışından çıxarırdı.

Qəzet yazır ki, SSRi-nin ən məşhur ətri olan “Krasnaya Moskva” əslində müstəsna olaraq Çar İkinci Nikolayın anası Mariya Fyodorovna üçünyaradılmışdı və adı “İmperatriçanın Sevimli Buketi” idi.

İnqilabdan sonra bu ətrin adını “Krasnaya Moskva” qoydular. Hətta belə bir şayiə var ki, Krasnaya Moskvanı yaradan ətriyyatçı sonradanFransanın və dünyanın

məşhur Chanel N5 ətrini yaradıb. Guardian yazır ki,Krasnaya Moskvanı yaradan August Michel inqilabdan sonra Rusiyanı tərk edib və Chanel N5 ətrini yaradan komandanın üzvü olub.

İSLAHAT OLMASA, QƏRB UKRAYNAYA PUL VERMƏYƏCƏK

New York Times qəzeti yazır ki, Ukrayna yavaş-yavaş dağılmağa doğru gedir. Ukraynada döyüşlər ölkənin diqqətini islahatlarda cəmləməyə imkan vermirdi, indi isə atəşkəs də aradan qalxır. Rusiyanın zirehli texnikası Ukraynaın şərqinə daxil olur, hərçənd bunu Moskva inkar edir.

Belə bir vəziyyətdə Ukrayna iqtisadiyyatı acınacaqlı durumdadır. Ukrayna pulu hrivna öz dəyərinin yarısını itirib. Beynəlxalq Valyuta Fondu fövqəladə yardım verib, ancaq Avropa Birliyi, ABŞ dəqiq və əhəmiyyətli islahat proqramı olmasa və xarici investisiyalara prioritetlər müəyyən olunmasa böyük investisiyalar qoymayacaq.

Avropa Birliyinin yeni genişlənmə komissartı Johannes Hahn deyib ki, bunlar olmasa, Ukrayna üzrə donor ölkələrin konfransı da çağırılmaycaq.

Qəzet yazır ki, Ukrayna üçün islahatlar ağrılı olacaq, ölkə onsuz da dizi üstədir və külli miqdarda xarici kömək istəyir. Qəzet bütün bunlarla yanaşı hesab edir ki, Qərb Kiyevə yalnız əhəmiyyətli siyasi və iqtisadi islahatlardan sonra kömək edəcəyini açıq-aydın bildirməlidir. 2013-cü ilin dekabrında insanlar Maydana məhz belə islahatlara görə çıxmışdılar.