İraq qüvvələri bildirir ki, noyabrın 23-də Bağdaddan şimal-şərqdə iki şəhəri İslam Dövləti (İD) yaraqlılarından geri alıb.
Jawalha və Saadiya şəhərləri uğrunda döyüşlərdə əlli İD yaraqlısı öldürülüb. Əməliyyatı İraq ordusu, şiə yaraqlıları və kürd peşmərgə qüvvələrinin apardığı bildirilir.
Əməliyyatda azı 20 peşmərgə döyüşçüsü də həlak olub.
Noyabrın 23-də Ənbər vilayətindəki Ramadi şəhəri yaxınlığında da döyüşlər davam edib.
ABŞ hava hücumlarının dəstəyi ilə, son vaxtlar bir neçə şəhər İD yaraqlılarından geri alınıb.
Strateji Baiji və Jurf al-Sakhr şəhərlərinin də İD-dən geri alındığı bildirilir. Ancaq İD yaraqlıları hələ də Mosul, Tikrit və Fəllucə şəhərləri daxil olmaqla böyük ərazilərə nəzarət edir.