Əfqanıstan hakimiyyəti bildirir ki, müxtəlif bomba hücumlarında azı 8 nəfər, o cümlədən iki NATO əsgəri ölüb.
Noyabrın 24-də Gunduz vilayətində izdihamlı yerdə motosikletə qoyulmuş bombanın partlamağı ilə 6 mülki şəxs ölüb, 5 nəfər yaralanıb.
Eyni gündə Kabil yaxınlığında NATO hərbi konvoyuna yaxın yerdə velosipedə qoyulmuş bomba partlayıb və 2 NATO hərbçisi ölüb.
NATO –nun sözçüsü ölümləri təsdiqləyir. Ancaq əsgərlərin hansı ölkədən olmasını bildirmir.